Konfrans Liqası: "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub

Konfrans Liqası:

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Aktual.az -ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.
Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə "Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR