Kondisioner ustası polis maşınını niyə çəkiclədiyini açıqladı

Kondisioner ustası polis maşınını niyə çəkiclədiyini açıqladı

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Bakıda yol polisinin avtomobilinin hansı səbəbdən çəkicləndiyi məlum olub.

Böyükşor qəsəbəsində yaşayan Şahin Bəylərov oğlunu idman dərsinə aparandan sonra həmin ərazidə piyada qayıdırmış. Bu zaman yol kənarında dayanan yol polisi maşınını görüb. Özünə məxsus avtomobilin cəriməsi ilə bağlı polis əməkdaşından məlumat almaq istəyib. Yol polislərinə "Sizin maşında kompüter var, bazaya girib ona baxaq" deyə xahiş edib. Həmin an digər sürücüyə protokol yazan polis əməkdaşı bundan imtina edib.

O, eyni istəyi təkrar etdikdə yol polisi ona kobud şəkildə cavab verib. Bu zaman Ş. Bəylərov əsəbiləşərək avtomobili və üzərində quraşdırılmış xüsusi aparatı sındırıb.

Ş.Bəylərovun atasının da psixi problemləri olub, bir neçə il öncə itkin düşüb və hələ də tapılmayıb. Şahin Bəylərov isə bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahinin hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.

Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsinin qərarı ilə Şahin Bəylərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR