Kompüterə çox baxdıqda gözlərimiz zəifləyir? — Hər birimizi maraqlandıran sualın CAVABI

Kompüterə çox baxdıqda gözlərimiz zəifləyir? — Hər birimizi maraqlandıran sualın CAVABI

Kompüterə hər gün saatlarla baxanda gözlərimiz zəifləyir?

Əsasən ofis işçiləri günün böyük bir hissəsini kompüter başında keçirir. Gözlərimizin yorulduğunu hiss edirik. Amma ekrana bu qədər çox baxmaq gözlərimizə ziyan vururmu?

Kompüterə çox baxmaqdan yaranan göz yorğunluğu "kompüter görüşü sindromu" adlandırılır. Bu sindromun baş ağrısı, göz yaşarması, gözün yorulması və quruması kimi müxtəlif təzahürləri var. Bir çox istifadəçi müəyyən müddətə kompüterdən uzaqlaşanda sindromun təsirləri də yoxa çıxır. Amma iki saat dayanmadan ekrana baxanda bu təsirlər yenidən yaranır.

Ayova Universitetinin araşdırmasına əsasən, kompüterə baxmaq çap məhsuluna baxmağa nisbətən gözü daha çox yorur. Ekrana baxan istifadəçi gözünü normaldakına nisbətən üç dəfə daha az qırpır. "American Optometric Association" təşkilatına görə bunun başqa səbəbləri də var. Ekranda xarakerlər arasındakı kontrast kitablardakı kimi yüksək deyil. Bu isə gözlərin daha çox yüklənməsi və yorulması mənasına gəlir. Həm də ekrana ideal şərtlər altında baxmamaq da narahatçılığa səbəb olur.

İdeal şərtlər isə ekranın istifadəçidən bir az aşağıda olması və istifadəçinin ekrana 15-20 dərəcə bucaq altında baxmasıdır. Bundan başqa, ekran gözlərimizdən 50-71 santimetr aralı məsafədə olmalıdır.

Ara-sıra gözünüzə dinclik verin, faydasını görəcəksiniz. Göz həkimlərinə inansaq, kompüterlə işləyən adamlar hər 20 dəqiqədən bir 50 santimetr uzaqlıqda yerləşən hansısa bir əşyaya 20 saniyə baxmalıdır. Həkimlər bunu 20-20-20 qaydası adlandırırlar (20 dəqiqə-20 fit-20 saniyə). Eynəkdən istifadə etməyənlər də sırf kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş eynəklərdən istifadə edə bilərlər. Bu, göz yorğunluğunu azaldır.

Kontakt linzalardan istifadə edənlərdə də problemlər ortaya çıxır. Belə ki, linzalar göz qırpma sayının azalmasına səbəb olur. Bu isə kompüter başında oturan istifadəçidə göz quruluğu və bulanıq görmə kimi problemlər ortaya çıxarır. Bundan əlavə yaşlandıqca gözlərimiz zəiflədiyi üçn kompüterdən istifadə etmək də çətinləşir.

Kompüterdən 1 gün istifadə etdikdən sonra gözlərinizlə əlaqəli bir problem yaranırsa, göz həkiminə müraciət edin. Narahat olmayın, hələ uzun müddət kor olmaq ehtimalı olmayacaq. //Ölkə.az
 
Aktual.az
Xəbər 1021 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR