Komitə sədri: Azərbaycanda müsəlmanların 30 faizi əhli-sünnədir

Komitə sədri: Azərbaycanda müsəlmanların 30 faizi əhli-sünnədir

"Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox islamın radikal cərəyanlarının təhlükə törətmək ehtimalı var”.

Aktual.az "Report”-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: 

"96 faizin də 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər”.
 

Aktual.az

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR