Komitə: Orta aylıq nominal əməkhaqqı artıb

Komitə: Orta aylıq nominal əməkhaqqı artıb

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7% artaraq 494,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Aktual.az-a  verilən məlumata görə, əməkhaqqı neft sektorunda 2 min 773,7 manat, qeyri-neft sektorunda 440,2 manat olub. 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 371,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 669,3 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR