ƏMDK məlumat yaydı.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) komitənin aparatı və tabeli qurumları üzrə ümumilikdə 35 nəfər iştirakı ilə etik davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirib.
Bu barədə Komitədən bildirilib.
Seminarda qeyd olunub ki, vətəndaşlarla daim nəzakətli, səbirli və məsuliyyətli davranılmalı, qanunvericiliyin tələblərinə riayət edilməsi diqqətdə saxlanılmalıdır.
“Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək. Qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin olunacaq”, - deyə komitədən qeyd edilib.