Komaya düşən lənkəran sakini bir həftədən sonra öldü

Komaya düşən lənkəran sakini bir həftədən sonra öldü

Avtomobil qəzasında ağır xəsarət alaraq komaya düşən Lənkəran sakini bir həftədən sonra dünyasını dəyişib.

Aktual.az report-a istinadən bildirir ki, rayonun Üzüçülük qəsəbə sakini, 36 yaşlı Arzuman Vəlihəd oğlu Qurbanov fevralın 1-də Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində velosipedlə hərəkətdə olarkən avtomaşınla vurulmuşdu. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilən A.Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Hadisəni törədən şəxs istintaqa ifadəsində yolun qaranlıq olduğunu, velosipedçini görmədiyini söyləyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR