Elmar Vəliyev Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penanı qəbul edib.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı salamlayaraq Azərbaycanın qədim və tarixi şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dünyaca məhşur gəncəli şairlərimiz, Gəncədəki təhsil ocağı, teatr, muzey və zavodlar haqqnda qonağa məlumat verib. Elmar Vəliyev Gəncənin qədim və tarixiliyi ilə yanaşı ikinci sənaye və iqtisadi şəhər olduğunu vurğulayıb və şəhərin bu sahədə olan uğurlarından danışıb.
Assad Xose Xater Pena bildirib ki, artıq 1 il yarımdı Kolumbiyanın Azərbaycanın paytaxtı Bakıda səfirliyi açılıb. Qonağın gəlişinin əsas məqsədi Azərbaycan regionlari haqqında məlumat öyrənmək, Azərbaycan və Kolumbiya regionları arasında əməkdaşlıq əlaqəsi yaratmaq istədiyini bildirib. Assad Xose Xater Pena qeyd edib ki, Azərbaycan və Kolumbiyada muzeylərin mövcudluğu bu sahədə əməkdaşlıq edə biləcəyimizi göstərir.
Son 20 il ərzindəki aparılan siyasət nəticəsində Kolumbiyada sosial, siyasi, və iqtisadi vəziyət stabitdir. Kolumbiya şəhərləri haqqında məlumat verən Assad Xose Xater Pena bildirib ki, turizim üçün ölkəsi əlverişlidi və bu ilin sonuna kimi İstanbuldan Kolumbiyanın paytaxtı Boqotaya bir başa uçuş reisi açılacaq. Azərbaycanlı turistlər üçün heç bir viza tələb olunmayacaq. Azərbatcanla iqtisadi, mədəni təhsil, turizim və başqa sahələrdə əməkaşlıq etmək istəyini bildirib. Görüşdən sonra qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. Daha sonra Assad Xose Xater Pena Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksnə və Nizami Gəncəvinin məqbərəsinə baş çəkib.
Aktual.az