Fransanın xarici işlər naziri Ketrin Kolonna ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Onlar danışıq zamanı Qarabağdakı vəziyyəti də müzakirə ediblər.
Aktual.az xəbər verir ki, bu barədə Fransa XİN-i məlumat yayıb.
Məlumata görə, Kolonna və Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla təmasları davam etdirmək niyyətində olduqlarını təsdiqləyiblər:
"Qarabağ əhalisi üçün (erməni icması nəzərdə tutulur – red.) "ciddi humanitar nəticələr” qəbuledilməzdir, Fransa və ABŞ Baş nazir Paşinyan və Prezident Əliyev arasında təmaslar vasitəsilə bu vəziyyətə son qoymaq üçün güclərini birləşdirir”.
Xəbər 241 dəfə oxunub.