Kollecin müəlliməsini taxta ilə döyüb öldürən ər şikayət verib - (EKSKLÜZİV FOTO)

Kollecin müəlliməsini taxta ilə döyüb öldürən ər şikayət verib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Namiq Əkbərzadənin (1974-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi keçiriləcək. 

Aktual.az xəbər verir ki, ötən il oktyabrın 23-də Yusif Səfərov küçəsi, 15/5 ünvanında Namiq Əkbərzadə qısqanclıq zəmnində 37 yaşlı arvadı Dilarə Hüseynovaya əllə və taxta ilə çoxsaylı zərbələr vurub. Sonuncu ağır dərəcəli kəllə-beyin travması ilə 3 saylı şəhər klinik xəstəxəanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 
Araşdırmaya başlayan Xətai RPİ-nin əməkdaşları şübhəli şəxs qismində mərhumun ərini saxlayıblar. Məlum olub ki, Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyib, Namiq Əkbərzadə isə Moskvada ticarətlə məşqul olub. Əkbərzadə cinayəti qısqanclıq zəmnində törətdiyini qeyd edib.

Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı son 4 ildə çönmüşdü, söyüşlə danışırdı, onu təhqir edirdi, deyirdi ki, uşaq səndən deyil. "Həmin axşam qayınanam gedəndən sonra, baxdım uşaqlar yatıb. Yataq otağına keçib, yoldaşımı oyatdım. Əsəbi idim. Sualama cavab olaraq, yenə dedi ki, uşaq səndən deyil. Beynim çöndü, xəbərdarlıq elədim ki, danışığını bil. Dilarə başladı söyüşlər söyməyə. Əlimə aldığım taxta ilə ona 2-3 zərbə vurdum. Evdən çıxıb, getdim polisə. Yaxşı eləmişəm". 

Zərərçəkmişin hüquqi varisi Əli Hüseynov bildirib ki, bacısı 9 il əvvəl ailə həyatı qurub, uzun müddən Rusiyada yaşayıblar, ikinci uşaq olandan sonra Namiq Dilarəni Bakıya göndərib. Ondan sonra münasibətləri pisləşməyə başlayıb :"Bacım onun telefonunda başqa qadınlarla danışıqlarını tutub. Telefonda səs yazıları da var ki, Namiq Dilarəni söyüb, təhqir edir. Burda yalandan deyir ki, bacımda çatışmazlıqlar olub. Dilarə ondan ayrılmaq istəyirdi, Nizami rayon məhkəməsinə boşanmaq haqqında arayış vermişdi, lakin oturduq məsləhətləşdik. Dedik ki, onsuz da Namiq Rusiyada yaşayır, uşaqların var. Buna görə ərizəni geri götürdü. Hazırda uşaqlaq mənimlə yaşayır. Məni yandıran odur ki, yalan və ağzına gələni danışır. Heç vaxt onunla münasibətim yaxşı olmayıb, sadəcə bacımın əri, uşaqların atası olub. Çox kompleksli adamdır. Bacıma böhtan atır". İfadəsinin sonunda zərərçəkmiş N.Əkbərzadəyə ağır cəza təyin edilməsini xahiş edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən N.Əkbərzadə apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsində iş üzrə ilkin baxış mayın 11-nə təyin edilib.



Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR