"Koç" holdinqin yeni rəhbərinin adı məlum oldu

  • DÜNYA

Türkiyənin məşhur "Koç" holdinqinin idarə heyətinin yeni sədri Ömər Mehmet Koç olub.


Aktual.az Report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
"Türkiyənin iqtisadi və sosial sahələrdə inkişafında əhəmiyyətli paya sahib olan, beynəlxaq arenada ölkəmizi uğurla təmsil edən bir cəmiyyətə və ailəyə mənsub olmaqdan qürur duyuram. Mustafa Koçun vaxtsız vəfatından kədərlənir və ona Allahdan bir daha rəhmət diləyirəm. Onun bizə əmanət etdiyi bayrağı irəliyə aparmağı həm məsuliyyət, həm də vəzifə olaraq görürəm", - o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin tanınmış iş adamı, "Koç" holdinqin idarə heyətinin sədri Mustafa Koç yanvarın 21-də infarktdan vəfat edib.
Mustafa Koç 1960-cı ildə Türkiyədə anadan olub. 1980-ci ildə İsveçrədə "Lyceum Alpinum Zuoz" liseyini, 1984-cü ildə isə ABŞ-da Corc Vaşinqton Universitetini bitirib. 2003-cü il aprelin 4-dən "Koç" holdinqin idarə heyətinə sədrlik edib.

Xatırladaq ki, "Koç" Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koça təhvil verərək, özü fəxri sədr olub. Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısında 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR