Kobaxidze Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək

Kobaxidze Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək
  • DÜNYA

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək sammitində iştirak edəcək.
Aktual.az xəbəri verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Kobaxidze tədbir çərçivəsində "İqtisadi təhlükəsizlik-Avropanın asılılığının azaldılması” mövzusunda təşkil olunacaq paneldə çıxış edəcək.
Baş naziri Danimarkaya səfərdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin VII sammitində 47 ölkəni təmsil edən dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Müzakirələrin əsas mövzuları Ukraynanın daha da gücləndirilməsi yolları və Avropada ümumi təhlükəsizlik vəziyyətinə həsr olunacaq.(apa)


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR