"Xəzər” televiziyasında yayımlanan, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Bizə danış” verilişində qızını 8 il zəncirləyərək tövlədə saxlayan ata efirə çıxıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, proqramda iştirak edən müğənni Könül Kərimova bu hadisəyə görə çox gərginlik keçirdiyini və buna dözə bilmədiyini deyərək ataya qarşı üsyankar çıxış edib. Özünü heç cür ələ ala bilməyən ifaçı sonda canlı yayımı tərk edib.
Həmçinin vəkil Şəfiqə Nağıyeva da əsəbiləşərək proqram bitməmiş oradan ayrılıb.