Knessetdən Fələstin əleyhinə qərar - Lapid zalı tərk etdi

Knessetdən Fələstin əleyhinə qərar - Lapid zalı tərk etdi

İsrail parlamenti böyük səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms of İsrail” nəşri məlumat yayıb.
"İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir. İsrail torpağının qəlbində Fələstin dövlətinin yaradılması İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq”, - qətnamədə bildirilib.
Həmçinin vurğulanıb ki, Fələstin dövləti yaradılarsa, tezliklə hakimiyyəti HƏMAS ələ keçirib, onu radikal islam terroru üçün bazaya çevirəcək.
Qətnamənin əleyhinə keçmiş xarici işlər naziri Yair Lapidin sol mərkəzçi Yeş Atid Partiyası çıxıb. Partiya etiraz olaraq parlament zalını tərk edib.
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeynə səsverməyə cavab olaraq bildirib ki, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulmadan heç kim üçün sülh və təhlükəsizlik yoxdur.
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR