Azərbaycan millisinin üzvü Mahir Emreli yeni klubu "Nürnberq”də komanda ilə məşqlərə başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçu ilk dəfə kollektivlə məşqə çıxıb. Daha sonra da ikitərəfli oyunda iştirak edib.
2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze komandaya qoşulan futbolçulara görə sevindiyini bildirib:
"Mən çox şadam ki, Mahir indi komandanın məşqlərində iştirak edir. Benni Qoller kollektivə tam uyğunlaşıb. Benjamin "Aue" ilə yoldaşlıq oyununda meydana çıxacaq. Mahirin oynaması isə hələ tezdir".
Qeyd edək ki, M.Emreli avqust ayında "Nürnberq” ilə 1 illik müqavilə imzalayıb.
Xəbər 161 dəfə oxunub.