ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.
Aktual.az APA-ya istinadən xəbər verir ki, agentlik və "İpsos" şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 38 faizini toplaya bilər.
Sentyabrın 9-dan 15-dək keçirilən sorğuda ABŞ-ın 50 ştatından olan 1579 respondent iştirak edib.
Reuters və İpsosun digər rəy sorğusunun nəticələrinə görə, namizədlərin səhhəti ilə bağlı son günlər yayımlanan məlumatlar əksər amerikalıların seçiminə təsir etməyib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.