Sabiq dövlət katibi Hilari Klinton bəyan edib ki, rəqibi Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ı müflis edəcək.
Aktual.az bu barədə azvision.az-a istinadən xəbər verir.
"Biz ona ABŞ-ı müflis etməyə imkan yarada bilmərik", - deyə Klinton Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Klinton həmçinin Trampın Uoll-Stritdə əlaqələrinin olmasını bildirərək, onun ABŞ vergi ödəyicilərinin hesabına maliyyə elitasının maraqlarını qorumaqda ittiham edib: "O, milyarderlərə 3 trilyon həcmində vergi güzəşti tətbiq etməkdədir. O, 120 min varlı ABŞ əhalisinə 120 milyondan sadə amerikalıdan çox güzəşt tətbiq etmək niyyətindir".