Klinton seçkilərə bir gün qalmış Trampı 4% qabaqladı

Klinton seçkilərə bir gün qalmış Trampı 4% qabaqladı
  • DÜNYA

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton respublikaçılardan olan rəqibi Donald Trampı 4% geridə qoyub. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bunu "Fox news” telekanalının ictimai fikrin öyrənilməsinə dair sorğusunun nəticələri göstərir. 

Belə ki, seçicilərin 48%-i Klintonu, 44%-i isə Trampı dəstəkləyib.

Seçicilərin 3%-i isə Libertarian partiyasının namizədi Heri Consonu, 2%-i isə Yaşıllar partiyasının namizədi Cill Staynı dəstəklədiklərini bildiriblər. 

Kanalın məlumatına görə, Klinton qadınlar, afroamerikalı və ispandilli əhali, eləcə də 30 yaşınadək cavan seçicilər arasında böyük dəstək görür. 

Tramp isə öz növbəsində kişilər və ağ dərili əhali, xristian və ali təhsil diplomu olmayanlar arasında populyardır. Trampı, həmçinin demokratlara və respublikaçılara aid olmayan amerikalılar da dəstəkləyir. 

Sorğunun nəticələrinə görə, seçicilərin əksəriyyəti Trampın etibara layiq olduğunu düşünürlər. Eyni zamanda sorğuda iştirak edənlərin fikrincə, Klinton prezident kimi öz vəzifəsini yerinə yetirmək üçün xarakterə və lazımi kvalifikasiyaya sahib olması kimi keyfiyyətlərə görə Trampı qabaqlayır. 

Sorğu noyabrın 3-də və 6-da stasionar telefonlar və smartfonlar vasitəsilə aparılıb, sorğuda təsadüfi seçimlə 1410 nəfər iştirak edib. 
 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR