Ötən gün Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
Aktual.az APA-ya istinadən bildirir ki, Kiyevin Sevastopol meydanında Rusiya səfirliyinə məxsus "Volkswagen" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki avtomobil yüngül zədə alıb.
Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.