Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.
Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, "Kiyevskaya Rus" kinoteatrının yaxınlığındakı bağa veriləcək.
Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.
Xəbər 815 dəfə oxunub.