Kiyevdə metronun "Vokzalnaya" stansiyası yaxınlığında "Aydar" taborunun iki yaraqlısı saxlanılıb.
Aktual.az oxu.az-a istinadən bildirir ki, onlar İran və Azərbaycan vətəndaşlarına hücum ediblər.
Zərərçəkənlərin polis bölməsində yazdıqları şikayət ərizələrinə görə, hücum dörd nəfər tərəfindən həyata keçirilib.
"Biz Smolensk polis idarəsindəyik, saxlanılan dörd nəfər buradadır. İlkin məlumata görə, saxlanılan şəxslərin ikisi "Belıy Molot"un fəalı, ikisi isə "Aydar" döyüşçüsüdür. Saxlanılanlardan "BM"çi Kefiri tanıyıram, onların arasında Vitya Zaveryuxanın adamı da var. İndi onların yanına vəkil gəldi.
Kefirin sözlərinə görə, onları 10 milis və polis əməkdaşı döyüb, bir neçə dəfə gözyaşardıcı qazı üzlərinə sıxıblar. Kefiri yerə uzadıb başına ayaqlarının arasına qoyaraq döyüblər. Saxlanılan şəxsləri döyən üç polisin jeton nömrələri var", - radikal İqor Qromov yazıb.