Kiyevdə 60 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

Kiyevdə 60 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

Kiyev polisi Obolonski rayonunda yerləşən mənzillərdən birində 60 yaşlı Azərbaycan vətəndaşının meyitini aşkar edib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.
Məlumata görə, martın 21-də polisə Azərbaycan vətəndaşı müraciət edərək Stalinqrad Qəhrəmanları prospektində yerləşən mənzildə dost münasibətində olduğu 60 yaşlı həmyerlisini ölmüş vəziyyətdə aşkar etdiyini xəbər verib.
Meyit giriş qapısından bir metr aralıda olub. Onun qarın boşluğunda ilkin olaraq bıçaq zərbəsi nəticəsində əmələ gəlmiş böyük yara aşkar edilib.
Şahidlərin sözlərinə görə, kişi qətlə yetirilən günü onlar iki şübhəli şəxs görüblər.
Həmçinin bildirilir ki, mərhum əvvəllər cinayət məsuliyyətinə cəlb olunub. Qətlin zərərçəkənin cinayətkar keçmişi ilə əlaqədar ola biləcəyi istisna edilmir.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR