Rusiya bir müddət öncə hazırlanmış hərbi texnikasını Suriyada sınaqdan keçirib.
Aktual.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “Die Velt” qəzeti yayıb. Qəzet Rusiyanın bir müddət öncə Xəzərdən Suriyanı vurduğu “Kalibr” raketlərini üç il əvvəl hazırladığını və yalnız ilk dəfə sınaqdan keçirdiyini bildirib: “Suriya Rusiyanın SSRİ-dən sonra xaricdə hərbi savaş apardığı ilk məkandır. Bunun vasitəsilə Putin öz siyasi məqsədlərini yerinə yetirməyə çalışır. O, Suriyanın gələcəyi ilə bağlı məsələdə əsas rol oynayır. Moskva həmçinin Qərblə eyni səviyyədə olmaq istəyir”.