“Söhbət səfərin ləğvindən getmir”.
Şənbə günü Azərbaycan KİV-ləri xəbər vermişdilər ki, prezident Vladimir Putin Bakıya bir günlük səfər etmək niyyətindədir.
Səfərin mümkünlüyünü o fakt da sübut edirdi ki, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilmişdi.
Mənbənin bildirdiyinə görə, Putinin səfəri bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı idi.
Lakin, virtualaz.org-a Rusiya-Azərbaycan parlamentlərarası qrupdan bildirildiyinə görə, Rusiya prezidenti Vladimir Putin Bakıya səfərini təxirə salıb.
“Söhbət səfərin ləğvindən getmir. Prezident Bakı səfərini sadəcə təxirə salıb”, - mənbə bildirilib.