"Onun Türkiyədəki problemləri unutmaq və özünü baş məşqçi İqor Bişçana göstərmək üçün şansı var".
Aktual.az xəbər verir ki, bunu Xorvatiyanın "Sportske" nəşri "Dinamo"da çıxış edən Mahir Emreli haqqında yazıb.
26 yaşlı hücumçunun milli komandaların oyunlarından sonra Zaqreb təmsilçisinin düşərgəsinə qoşulacağı bildirilib: "Mahir "Konyaspor"un planlarına uyğun gəlmədi, orada cəmi iki qol vurdu və çox oynamadı".
Qeyd edək ki, Azərbaycan yığmasının üzvünün Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.
Xəbər 243 dəfə oxunub.