Livan hərbçiləri Suriyanın Ersal şəhərinin yaxınlığında Vadi-Hmeyid rayonunda yerləşən silahlıların düşərgəsinə raket atəşi endirib.
Partlayış nəticəsində "Cəbhəte ən-Nüsrə" üzvlərindən 8 terrorçu öldürülüb, 11 isə yaralanıb.
Livan ordusu ekstremist qruplaşmaların məskunlaşdığı Ersal rayonunu mühasirəyə alıb.
Ötən həftə orada mütəmadi olaraq atışma səsi eşidilib. Silahlılar 25 Livan əsgər və jandarmını girov saxlayır. Onlar 2014-cü ilin avqustunda Ersalı zəbt edərkən girov götürülüblər. \report
Aktual.az