İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.
"Report" RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.
Qeyd edək ki, Messinin ayaq əzələsində problem var.. "Barselona"da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.
Xəbər 485 dəfə oxunub.