KİV-lərə bu məlumatları yaymaq olmaz Yeni qadağa

KİV-lərə bu məlumatları yaymaq olmaz   Yeni qadağa

Aktual.az-ın Apa-ya istinadən xəbər verirki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib.

“Dini ekstremizmə qarşı mübarizə haqqında Qanun”a əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

Qanuna əsasən, aşağıdakı məlumatların yayılmasına yol verilmir:

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;

- Dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.

Kütləvi informasiya vasitələrinin işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR