KİV: İranda milyardçı Zəncaninin edamı ləğv edildi

KİV: İranda milyardçı Zəncaninin edamı ləğv edildi
  • DÜNYA

İranın Ali məhkəməsi milyardçı Babək Zəncani barədə çıxarılan edam hökmünü ləğv edib.

Oxu.Az RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentıiyi məlumat yayıb.  

Babək Zəncani İran neftinin "qara bazar”da qanunsuz satışından dolayı ittiham üzrə həbs edilmişid. Mart ayında verilən edam qərarından sonra Babək Zəncaninin vəkili bu qərardan şikayət etmişdi. 

"Mizan” agentliyi onun işi üzrə yekun qərarın olmadığını qeyd edib. 

Türkiyə, BƏƏ, malayziyada aktivlərin sahibi olan iranlı iş adamı Babək Zəncani ölkə hökuməti tərəfindən neftinin "qara bazar”da qanunsuz satışı vasitəsilə dövlət əmlakını mənimsəməkdən şübhəli bilinərək saxlanılmışdı. 2012-ci ildə B.Zəncani ABŞ-ın sanksiya siyahısına daxil edilib. 

Aktual.az
Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR