Bu il Azərbaycanda Əşyaların İnterneti (IoT) bazarının 463,10 milyon ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir.
Aktual.az xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda bildirilib.
Məlumata görə, bu, illik 10,2% artım deməkdir.
Əşyaların İnterneti bazarının müxtəlif seqmentləri arasında Əşyaların Sənaye İnterneti (IIoT) seqmenti 119,70 milyon ABŞ dolları həcmində dəyərlə üstün mövqeyə sahib olacaq.
2025-2029-cu illərdə ölkədə əşyaların interneti bazarında gəlirin illik 10,68% artacağı və 2029-cu ildə bazar həcminin 694,90 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
"Azərbaycan ağıllı şəhərlərə və enerji idarəetmə həllərinə diqqət yetirməklə əşyaların interneti bazarında sürətli artım yaşayır”, - deyə portalda qeyd edilib.
Xəbər 249 dəfə oxunub.