“Deyirəm ki, bəzi bəxtsiz prodüserlər, şanssız müğənniciklər olmaz ki, özlərinə layiqli yerdə oturub, bizi müzakirə etməsinlər”.
Yenilik.Az moderator.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.
Prodüser həmkarlarını yazıq adlandırıb:
“Yazıqsız, sizə yaxın duran yoxdur. Həyatınızı yaşayın, pul qazanın, alınmır? Gəlin sağ ayağımı başınıza qoyum, bəlkə bəxtiniz açıla. Mənə həyat xoşdur, müğənnilərim maşallah bəziləri kimi deyil. Eltonun səsi səsdir, kişiliyinə şübhəsi olan isə… Qızlarım isə yanınızdakılar kimi pula qaçmırlar”.
// Aktual.az