Kişi və qadın arasındakı fərq

Kişi və qadın arasındakı fərq

İngiltərənin Surrey universitetinin bioloqları qadın və kişi beyinləri üzərində növbəti araşdırma aparıblar.
 
Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, 16 kişi və 18 qadın üzərində aparılmış eksperiment nəticəsində məlum olub ki, yuxusuzluq və yorğunluq qadın beyninin fəaliyyətinə daha çox mənfi təsir göstərir. Bu hal gecə növbəsində işləyən qadınlarda daha çox özünü biruzə verir.
 
Eksperiment nəticəsində məlum olub ki, yuxusuz gecə növbəsi, saat qurşağının dəyişməsi və digər amillər qadınların beyinlərini kişilərdən daha çox yorur və fəaliyyətini zəiflədir.
 
Eksperiment zamanı yuxusuz qalmış kişi və qadınlar müxtəlif tapşırıqları yerinə yetiriblər. Yaddaşı, əqli və zehni qabiliyyəti yoxlamaq üçün keçirilən testlərin nıəticələrindən məlum olub ki, qadınların beyni kişilərin beynindən qat-qat zəifdir. İstənilən bir fiziki yorğunluq qadının beyninin fəaliyyətinə və yaddaşına daha tez öz mənfi təsirini göstərir, nəinki kişinin.
Xəbər 736 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR