Cəlilabad rayonunda biçaqlanma hadisəsi baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Privolniye kəndində qeydə alınıb.
Belə ki, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəmnində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 722 dəfə oxunub.