Feysbuk-da əməkdar artist Tahir İmanovun adına saxta profil açıldığı barədə sizə məlumat vermişdik.
Aktyorun adına açılan saxta profil bağlanılıb.
Aktual.az bildirir ki, Tahilr İmanovun özü də bu barədə big.az-a danışıb: "Məhkəməyə müraciət olunacaq. Ancaq həmin saxta profillər barədə Feysbuk-a məktub ünvanlamışdıq, cavab verilib. Əxlaqsız, montaj olunan fotoları yayanlara bir daha sizin vasitənizlə deyirəm ki, kişi olun, qarşıma çıxın".