Naxçıvanda qətl törədilib.
Hadisə Şərur rayonu Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Vəli Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı 1989-cu il təvəllüdlü Cavidə Məmmədovanı döyüb. Xəstəxanaya yerləşdirilən C. Məmmədova orada ölüb.
Hadisəni törədən V.Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. //Apa