General-polkovnik Nikolay Yurev FTX-nin (FSB) Hərbi əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən istefa verib.
Aktual.az xəbər verir ki, bu barədə RBC-yə güc strukturlarındakı iki mənbə bildirib.
Onun istefası xəbərinin Rusiya ordusunun Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandiri, general-leytenant İqor Kirillovun öldürülməsindən dərhal sonra yayılması diqqət çəkib. Mənbələrdən biri deyib ki, istefa Krillovun ölümü ilə bağlı deyil, Yurev təqaüdə çıxıb. O iddia edib ki, Yurevin işdən çıxarılması haqqında fərman dekabrın 16-da, Kirilovun qətlindən bir gün əvvəl imzalanıb.
Qeyd edək ki, İqor Kirillov 17 dekabrda evinin önündə, maşınının yaxınlığına yerləşdirilən bambanın partlaması nəticəsində öldürülüb. Teraktda şübhəli bilinən 29 yaşlı özbək miqrant həbs edilib.
Xəbər 108 dəfə oxunub.