Torontoda keçirilən beynəlxalq kinofestivalda nümayiş etdirilən “Məzar” (The Grave) filmi tamaşaçılara o qədər güclü təsir bağışlayıb ki, onlardan bir neçəsinin həyəcandan ürəyi gedib.
Biziminfo.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kannibal feminist qadına həsr olunmuş qorxu filmi bir neçə tamaşaçının özündən getməsinə səbəb olub. Kinoteatra təcili yardım briqadaları çağırılıb.
Filmin baş qəhrəmanı baytarlıq kollecində təhsil alan birinci kurs tələbəsidir. Universitet həyatının verdiyi azadlıqdan faydalanaraq qadağan olunmuş əyləncələrə baş vurur və get-gedə kannibala çevrilir.
Fransalı rejissor Culiya Dükorno tərəfindən lentə alınmış filmdə o qədər qanlı səhnələr var ki, nümayiş zamanı tamaşaçıların əsəbləri dözməyib.
Tamaşaçılardan biri sosial şəbəkədəki səhifəsində yazıb: “Filmi alqışlayıram. O qədər real və canlı çəkilib ki, kinoteatra iki dəfə həkim çağırılmalı oldu”.