Bu il kimya üzrə Nobel mükafatı qaliblərinin adı açıqlanıb.
Aktual.az APA-ya istinadən bildirir ki, Jan-Pyer Savaj, ser Ceyms Frezer Stoddart və Bernard Lukas Ferinqa molekulyar maşınların işlənilməsi və sintezinə görə təltif olunacaqlar.
Alimlər molekulyar maşınları tarazlıq vəziyyətindən çıxara biliblər, nəticədə onların hərəkətinə nəzarət etmək mümkün olub. Bu qurğular yeni materiallar, sensorlar və enerjinin qorunub-saxlanılması sistemləri üçün əsas götürülə bilər.