“Dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhran, həmçinin, baş verən, səngimək bilməyən, əksinə, gündən-günə alovlanan münaqişələr, silahlı toqquşmalar, teraktlar fonunda Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə təhlükəslik baxımından bölgənin, regionun sabitlik adası olaraq qalmaqdadır. Bu isə heç şübhəsiz ki, ölkə rəhbərliyinin, xüsusilə də, ölkə prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş iqtisadi-siyasi siyasi kursu nəticəsində mümkün olub”.
Bunu millət vəkili Eldəniz Səlimov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısının səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib.
Millət vəkilinin bildirdiyinə görə, dünyada baş verən proseslər, xüsusilə, maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, ancaq dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət, staret verilən yeni iqtisadi islahat kursu nəticəsində ötən dövrdə ölkə iqtisadiyyatını ayaqda saxlamaq, inkişafı davam etdirmək, hətta, Ümumu Daxili Məhsulda (ÜDM) artıma nail olmaq mümkün olub:
“Dövlət başçısının da vurğuladığı kimi, 2016-cı ilin ötən 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və bu baxımdan ölkəmiz xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Bununla yanaşı, ölkədə ilin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb, strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlər davam etdirilib və sair. Bütün bunlar onu göstərir ki, 2016-cı ilin ilk 6 ayı uğurla başa vurulduğu kimi, ilin növbəti 6 ayı da uğurla başa catacaq. Dövlət başçısı özü də məlum çıxışında bunu əminliklə və qətiyyətlə ifadə etdi. Bir sözlə,ölkəmizin, ölkə iqtisadiyyatının sükanı etibarlı əllərdədir. Azərbaycan bu günə kimi bir çox namümkünləri mümkün edib, inanıram ki, bundan sonra da bu istiqamətdə əzmini, iradəsini ortaya qoya , növbəti uğur və zəfərlərinə imza ata biləcək. Kimsənin də buna şübhəsi olmasın”.
//Teleqraf.com