"Kimsə siyasi imic yaratmaqla törətdiyi cinayətlərdən yayına bilməz" – Elşən Musayev


"İndiki məqamda məni heyrətə gətirən bilirsinizmi nədir? - Bu tip dələduzların məntiqi. Və ya görəsən Anar Əsədli kimdənsə pul alarkən, başqasının pulu müqabilində öz müvəqqəti obrazını yaradarkən, camaatın vəsaitini yeyib-dağıdarkən nə fikirləşib? Fikirləşib ki, siyasətlə məşğul olmaq, ya da öz təbirincə bir az "şişmək” və mediaya 3-4 açıqlama vermək onu cinayət məsuliyyətindənmi qurtaracaq? Hər halda yəqin belə düşünüb və gedişat da göstərir ki, kökündən yanlış düşünüb. Bu səbəbdən haqq etdiyi yerdədir, həbs edilib və layiq olduğu cəzanı mütləq bir şəkildə çəkəcək!”
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Anar Əsədlinin həbsi haqda danışarkən bildirib.

"Anar elə bir tipajdır ki, unu tanımaq üçün müdrik-filan olmağa ehtiyac yoxdur. Çünki dələduzluq simasına, sifətinə yazılıb. Çünki dələduzluq obrazı sanki Anar üçün icad olunub! Çünki adamın nəfəsindən də, baxışından da, yerişindən də, gülüşündən də, oturuşundan da, hətta çəkdirdiyi şəkillərdən də, maşına minib-düşməyindən də dələduzluq yağır, dələduzluq qoxusu gəlir.

Mən müəyyən müddət hüquq - mühafizə orqanlarında çalışmışam və uzun illər ərzində hər cür yalançıya rastlamışam, hər tip dələduz görmüşəm. Amma inanın, hələ beləsini görməmişəm! Daha dəqiq desəm: Anar Əsədli kimi bütün kriteriyaları ilə dələduzluğa uyğun gələn, bütün komponentlərlə dələduzluğu tamamlayan insanlar çox nadir hallarda qarşılaşa biləcəyin bir nümunədir.

Kimliyindən, peşəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Cinayət törədən cəzasını çəkməlidir və çəkəcək. Kimsə bu kontekstdə istisna ola bilməz. Kimsə insanları aldadıb, pulunu mənimsəyib, silsilə yaramazlıqlar edib, ardınca azadlıqda rahat-rahat gəzə bilməz. Kimsə siyasət həlqəsi, siyasi imic yaratmaqla törətdiyi cinayətlərdən yayına bilməz.

Anar Əsədli siyasət adına ləkədir. Cəmiyyət belə ünsürləri gec olmadan tanımalı, siyasi sistemimiz belə saxta və dələduz obrazlardan təcili, təxirəsalınmaz şəkildə qurtulmalıdır!– deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 4381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR