Ölkənin tanınmış 4-5 partiya sədrinin görüş keçirməsini həzm edə bilmirlər
"Bəzi radikal müxalifət təmsilçilərinin bu görüş barədə göstərdiyi qısqanclıq isə qeyri-etik yanaşmadan, geri zəkalı adamların cılız düşüncəsindən başqa bir şey deyil”.
Bunu AzNews.az-a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı partiya sədrlərinin sosial şəbəkədə narazılıq döğuran görüşünü şərh edərkən deyib. O, qeyd edib ki, həmin adamlar heç nəyə nail ola bilməyəcəklər:
"Pənah bəyin təşəbbüsü ilə keçirilən görüş ilk dəfə deyil. Bir necə ay bundan qabaq BAXCP-nin mənzil qərargahında Pənah Hüseyn, AMİP sədr əvəzi Arzuman Əlizadə və BAP sədri Elşad Musayev arasında görüş olmuşdu. Bir neçə gün bundan qabaq da Pənah bəyin təşəbbüsü ilə yenidən həmin partiya sədrləri bir araya gəlib. Görüş barədə məlumatı da Pənah bəy özünün facebook səhfəsində yayıb. Bəzi radikal müxalifət təmsilçilərinin bu görüş barədə göstərdiyi qısqanclıq isə qeyri-etik yanaşmadan, geri zəkalı adamların cılız düşüncəsindən başqa bir şey deyil. Bədbəxt adamlardır. Hələ utanmadan adlarını partiya sədri qoyanlar da var. Ölkənin tanınmış 4-5 partiya sədrinin görüş keçirməsini həzm edə bilmirlər. Bu səbəbdən də öz narazılıqlarını gizlətmədilər. Adını siyasətçi qoyan şəxs əvvəlcə başa düşməlidir ki, kimlərinsə görüşünə burnunu soxmaq çox ayıb bir işdir. Başa düşmürlər ki, bu, kənardan qeyri-etik görünür?! Məsləhət bilsəydilər sizinlə də görüşərdilər. Buna görə də bütün imkanları ilə şantaj yolunun seçirlər. Bununla o adamlar heç nəyə nail ola bilməyəcəklər. Görüşdə iştirak etmədiyimdən hər hansı bir məlumatım yoxdur. Bunu Pənah bəyin özündən soruşmaq lazımdır”.
Xatırladaq ki, eks Baş nazir Pənah Hüseyn ölkədə baş verən ictimai-siyası məsələləri müzakirə etmək üçün bir neçə partiya sədri ilə görüş keçirib. Həmin görüşdən sonra Pənah Hüseyn deputat Fazil Mustafa və Qüdrət Həsənquliyevlə bir masada oturduğundan sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.
Xəbər 696 dəfə oxunub.