Oruc tutumaq insan orqanizminin sağlamlığı üçün də çox önəmlidir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Allah-Təalanın yaratdıqlarına əmr etdiyi vacib əməllər müqəddəs kitablarda öz əksini tapıb.
Allah-Təala “əl-Bəqərə” surəsinin 183-cü ayəsində buyurur ki, “ey imanı olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır”. “Yazılmış” sözü təhlil olunanda burada məna tərcümədə Allah-Təalanın bəndələrinə müraciətlə “vacib edilmişdir, əmr olunmuşdur” anlamına gəlir. Orucluğun vacib edilməsi düz yolu tapmış, təmiz, əqidə sahibləri olmaqdan ötrü vacib buyurulur. İnsan öz imanını saflaşdırmaq, Allah yoluna hidayət üçün onun əmrinə itaət və ona ibadət etməlidir. İbadətdə oruc vacib şərtlərdəndir. Oruc hər il bir ay ərzində tutulur, lakin il ərzində də insan sünnət və müstəhəb orucları da tuta bilər. Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır. Yəni sağlam insan əgər işi, sağlamlığı ilə bağlı qayğıları yoxdursa, oruc tutması mütləqdir. İşi və sağlamlığı ilə bağlı problemi olan şəxsə rüsxət verilir ki, həmin ayda oruc tutmasın, daha sonra qəza oruclarını tuta bilər.
Gündə bir dəfə təzyiq dərmanı alan xəstələrin oruc tutmaları mövzusunda bir qorxu yoxdur. Əgər gündə 2-3 dəfə təzyiq dərmanı almaq söz mövzusudursa, bu xəstələrə oruc tutmaları tövsiyə edilmir. Həyat boyu davam edən təzyiq xəstəliyi, oruc tutmağa mane olan bir vəziyyətdir. Ancaq, yüngül dərəcədə təzyiqi olan kəslər oruc tuta bilər.
Obez xəstələrə oruc tutmaları xüsusilə tövsiyə edir. Çünki, obez kəslər ramazanda oruc vasitəsiylə özlərini yemək yemə mövzusunda nəzarət etmə fürsəti tapa bilər. Ramazan müddətin tərəfindən, obez kəslərin oruc tutmasıyla birlikdə yağları azalarkən, əzələləri də ərimə riskiylə qarşı-qarşıya qala bilir. Bu səbəblə, fiziki fəaliyyətlərə də əhəmiyyət vermək lazımdır.
Diabet xəstələrinə üçün oruc tutulması qaydaları da ən çox verilən suallardandır. Belə ki, əgər insanda şəkərin miqdarı həddən artıq çoxdursa, o zaman onun oruc tutması vacib deyil. Lakin şəkərinini miqdarı az olan insanlara oruc tutmaq nəinki vacibdir, hətta orqanizmi üçün xeyirdir. Həkim məsləhəti isə bu yerdə gərəklidir. Əgər həkim həmin şəxsə oruc tutmağı məsləhət görürsə, o oruc tuta bilər. Mədə və bağırsaq xoraları olan xəstələrə həkim icazə vermədiyi təqdirdə yenə də oruc tutmağa davam edərsə, günah etmiş olar. Yaşlı və qoca insanlara oruc tutmaq olmaz, onlar güzəştlidirlər. Belə insanlar bir ay müddətində hər gün öz maddi imkanına uyğun olaraq bir fəqiri yedizdirəcək qədər(orta hesabla 4-5 manat) fidyə verəcək, yəni ehsan paylayacaq. Hamilə qadinlara da burada yer verilib. Belə ki, əgər onlar oruc tutan zaman bətnindəki körpəyə ziyan gələrsə, tutmamaqları məsləhətdir. Süd verən analar əgər körpəsini oruc tutaraq gün ərzində qidalandıra bilirsə, yəni orqanizmi buna imkan verirsə, orucunu tuta bilər. Ramazan ayında 10 gündən artıq səfərə çıxanlar həmin müddətdə oruc tutmamalıdırlar, daha sonra qəza orucları ilə əvəzini ödəyə bilərlər. Lakin mütəmadi olaraq yolda, səfərlərdə olan insanlar oruc tuta bilərlər. Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.