Kimlər amnistiyaya düşəcək? – Siyahı 2 gün sonra açıqlanacaq

Kimlər amnistiyaya düşəcək?   – Siyahı 2 gün sonra açıqlanacaq

“Amnistiya aktının kimlərə şamil olunması mayın 20-də açıqlanacaq”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Astan Şahverdiyev deyib. Onun sözlərinə görə, 10 min nəfərlik amnistiya aktında spektr böyükdür: “Bu ölkənin birinci xanımı Mehriban Əliyevanın ilk nəcib hərəkəti deyil. Belə təşəbbüslər mütəmadi olaraq həyata keçirilir. 28 may - Respublika günü ilə bağlı xanım gözəl bir təşəbbüs irəli sürüb, çox ailələr sevinəcək. Amnistiya aktı təxminən 10 minə yaxın adama şamil olunacaq. Bundan gözəl Azərbaycan xalqı üçün nə ola bilər? Kimlərsə hər hansı bir günahı ucbatından həbsə düşüb. Xanımın isə böyüklüyü ondadır ki, təsadüfi həbsə düşənlər 28 mayda öz evlərində ailələri ilə bir yerdə qeyd etsinlər. Mehriban xanımın bir təşəbbüsü 10 min ailəyə sevinc gətirəcək”. 

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib. 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq. M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq. 

Xəbər 1408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR