“Kimə lazımsan axı sən?” – Elşən Musayevdən sərt sözlər!!!

“Kimə lazımsan axı sən?” – Elşən Musayevdən sərt sözlər!!!

Görünən, müşahidə edilən budur ki, AXCP-nin blogger sədri yenə öz xəyal dünyasına qapılıb, başını tamamən itirib və eyniadlı səbəbdən də yuxuda gördüklərini, hallüsinasiyalarını reallıq kimi təqdim etməyə çalışır.
Adamın iddiasına bir baxın. Guya hakimiyyət AXCP-dən qorxduğu üçün ədalətli mübarizədən yayınırmış, bunun ətrafındakı hər kəsi gərginlik içində saxlayırmış, həbsə göndərirmiş və beləcə Əli Kərimlidən qisas alırmış...
Ay bədbəxt!
Kimə lazımsan axı sən? Kimə lazımdır axı, sənin ətrafın?
Niyə özünü yekəltməyə, böyütməyə, qabartmağa çalışırsan?!
Yığmısan böyür - başına bütün quldurları, "bandit”ləri, qolçomaqları, başkəsənləri və...onlar da öz təyinatlarına, xislətlərinə, mahiyyətlərinə uyğun gündə bir "oyun çıxarırlar”.
Buna hakimiyyət neyləsin?!
Ayrıca, hər şey bir yana qalsın e...Son statusunda buyurmusan ki, məni öz maşını ilə "Milli Şura”nın (?!) iclasına aparan, daha dəqiqi: aparmalı olan filankəsdən xəbər yoxdu, yəqin onu da həbs ediblər.
Ay saxtakar!
"Milli Şura” var? Belə bir qurum ümumiyyətlə qalıbmı? Mövcuddurmu?
Nə iclas? Hansı iclas? Haradakı iclas?
Cəmil süləngə həyatı yaşayır. Gültəkin İstanbulda. Sən də öz virtual dünyanda.
Kiminlə edəcəkdin həmin iclası? Təkbaşına? 0,5 Fuadla? Yoxsa, 0,25 Həzi ilə?!
Nəhayət;
Əli Kərimli deyir ki: "Növbəti yazım çox məşhur Avropa ölkələrindən birinin çox məşhur nəşrində çap olunduqdan sonra böyük rezonans doğurub və artıq ilkin reaksiyalar da var.”
Amma hansı məşhur ölkə, hansı məşhur mətbu orqan, hansı reaksiya...?! - Bax bu haqda heç bir məlumat yoxdur və...həmin tapmacanın cavabını tapana çox güman, həftənin sonunda Cəmil Həsənlinin "Mən necə siyasi və mənəvi bomj oldum?” adlı 5 cildlik kitabı hədiyyə ediləcək...
***
Əlqərəz. Son vəziyyət budur: Kərimlinin şizofreniyası durmadan irəliləyir, amma adam müalicə haqda düşünmür ki, düşünmür.
P.S. Allah Ağabəy Sultanova qəni - qəni rəhmət eləsin.
Kaş sağ olaydı və bu yaramazın dəqiq diaqnozunu qoyaydı.

 
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR