Koreya yarımadasında və regionda qüvvələr paritetinin pozulması dərhal müharibə demək olardı və buna görə də Pxenyanın nüvə qüvvələrini gücləndirmək xətti yeganə düzgün seçimdir.
Aktual.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.
O, regionda hərbi təlim keçirən ABŞ, Cəbubi Koreya və Yaponiyanı hədələyib:
"Bu cür təhlükəli hərbi təlimlərin əhəmiyyətli dərəcədə artması təkcə dövlətimizin deyil, həm də regionun sülh və təhlükəsizliyinə ciddi təhdid yaradıb”.
Xəbər 233 dəfə oxunub.