Kifayət qədər qan ehtiyatımız var - TƏBİB

Kifayət qədər qan ehtiyatımız var - TƏBİB

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.
 
 
Bu barədə TƏBİB-dən Aktual.az-a verilən məlumatda bildirilib.
 
"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​
Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər", - məlumatda qeyd edilib.


Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR