ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Tomas Şennon martın 31-nə qədər Moskvada səfərdə olacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd edilib
Bildirilib ki, dövlət katibi Con Kerridən sonra Şennon da Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək.
Dövlət Departamentinin nümayəndəsinin ABŞ-ın Moskvadakı səfirliyinin təşkil edəcəyi bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən həftə Con Kerri Moskvada iki günlük səfərdə olub.