Kerridən görüşün detalları barədə açıqlama: "Ukrayna, İran, Suriya ilə bağlı məsələlər müzakirə olunub"

Kerridən görüşün detalları barədə açıqlama:

Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidenti Vladimir Putin ilə müzakirələriniz səmimi olub; Ukrayna, İran, Suriya ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə ABŞ dövlət katibi Con Kerri Twitter səhifəsində bildirib.

“İran, Suriya və Ukrayna danışıqları ilə bağlı əsas məsələlər ətrafında Rusiya prezidenti Putinlə və XİN rəhbəri Lavrovla səmimi diskussiyalarımız oldu”, deyə Kerri qeyd edib.

“Gündəmdəki qlobal problemlərin həlli ilə məşğul olduğumuz vaxtda ABŞ və Rusiya arasında əlaqə xəttinin qorunub saxlanılması çox vacibdir”, deyə Kerri əlavə edib.

Qeyd edək ki, Putin və Kerri arasında görüş Soçidə Bakı vaxtı ilə 20.00-da başlayıb. Bundan əvvəl ABŞ dövlət katibi və Rusiya XİN rəhbəri arasında dörd saatlıq görüş keçirilib.(APA)

Aktual.az

Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR