Kerri və Lavrov Əliyev-Sarkisyan görüşündə iştirak edəcək

Kerri və Lavrov Əliyev-Sarkisyan görüşündə iştirak edəcək

Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək görüşündə iştirak edəcəklər.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə `İnterfax` agentliyinə açıqlamasında Rusiya XİN rəhbərinin müavini Qeorqi Karasin bildirib.

“Belə bir görüş hazırlanır. Görüşdə Qarabağ münaqişəsi üzrə nizamlanma müzakirə olunacaq”, - deyə XİN rəsmisi qeyd edib.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR