ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqun aprelin 14-15 Azərbaycana səfər edəcək.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, K. Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edir.
O, bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.
K. Tonq səfər çərçivəsində Azərbaycanın dövlət rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, tələbələrlə görüşərək ölkəmizdə iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.
Qyed edək ki, bu, K.Tonqun Azərbaycana ilk səfəridir.